İran generalı Xudafərini ziyarət etdi

İran generalı Xudafərini ziyarət etdi
  26 Oktyabr 2020    Oxunub:2236
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri, general Hüseyn Salami Azərbaycanla sərhəd əraziləri - Xudafərini ziyarət edib.
Azvision.az xəbər verir ki, bu barədə iranlı general “Twitter” hesabında yazıb. O, Xudafərin sərhəd bölgəsini ziyarət etdiyini bildirib.

Xatırladaq ki, Azərbaycan ordusu 27 ildən sonra Cəbrayılı rayonunu, eləcə də Xudafərini işğaldan azad edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Xudafərin  





Xəbər lenti