Əhmədinejad bayram günü evdə oturmadı

Əhmədinejad bayram günü evdə oturmadı
  21 Mart 2013    Oxunub:1447
İran Prezidenti Mahmud Əhmədinejad Aşqabada rəsmi səfərə yollanıb.
İran Prezidentinin başçılıq etdiyi nümayəndə heyətinə ölkənin xarici işlər naziri Əli Əkbər Salehi, Prezidentin müşaviri, eyni zamanda, Qoşulmama Hərəkatının rəhbəri İsfəndiyar Rəhim Məşai və vitse-prezident Həmid Bəqayi daxildir.

Bu gün səhər saatlarında yola düşən Əhmədinejadın Aşqabada birgünlük səfəri Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun sülh və humanizm mövzularına həsr olunacaq beynəlxalq "Novruz" festivalında iştirak etməklə bağlı dəvəti əsasında baş tutacaq.





Teqlər:  





Xəbər lenti