Paşinyan ermənilərin döyüşdən qaçdığını etiraf etdi

   Paşinyan ermənilərin döyüşdən qaçdığını etiraf etdi
  27 Oktyabr 2020    Oxunub:4660
Ermənistanın baş naziri Nikol Paşinyan erməni əsgər və zabitlərin Qarabağda Azərbaycana qarşı döyüşlərdən qaçdığını etiraf edib.
Azvision.az xəbər verir ki, bu barədə işğalçı ölkə rəhbəri "Facebook" səhifəsində canlı yayım zamanı deyib.

Paşinyan fərarilik edən hərbçilərin cəzalandırılacağını bildirib: "Hər kəs bilməlidir ki, döyüş meydanından qaçanı cəzalandırmaq lazımdır, bəraət qəbul olunmur".

Azvision.az


Teqlər: Paşinyan  





Xəbər lenti