“Ərdoğan Türkiyəni soyub-talayır” - İTTİHAM

“Ərdoğan Türkiyəni soyub-talayır” - İTTİHAM
  04 Fevral 2014    Oxunub:1166
“Türk milləti baş nazir tərəfindən soyulur. Dövlətin xəzinəsi, oğruların ixtiyarındadır”.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı deyib.

O vurğulayıb ki, baş nazir Rəcəb Tayyib Ərdoğanı və onun ətrafındakıları Duz gölünə də atsaq, əhəng quyusuna da basdırsaq, sabun dəryasına salıb, Van gölündə suyunu da alsaq, yenə də təmizləmək mümkün deyil.

D.Baxçalının sözlərinə görə, Ərdoğan dinləmə cihazı -“böcək” vasitəsilə ilə bütün söz-söhbətlərinə qulaq asıldığını deyərək özünü saf göstərməyə çalışır. Halbuki, heç kim Ərdoğan və onun tərəfdarları qədər hüquq çərçivəsindən kənar bu işlərlə məşğul olmayıb:

“Ərdoğan qazanına nə tökübsə, çömçəsinə də o çıxıb. Başqalarını dinləyərkən heç səs-səmiri çıxmırdı”.

Baxçalının sözlərinə görə, Ərdoğan dinlənildiyini ona görə gündəmə gətirir ki, batdığı korrupsiya bataqlığının üstünü ört-basdır edə bilsin:
“Bütün bu baş verənlərdən sonra Ərdoğan iddia edir ki, onun otağına dinləmə cihazı -“böcək” yerləşdirilib. Böcək sürüsüdür də, yəqin yolunu azıb, ora-bura gedib, axırda da Ərdoğanı dinləməyə gəlib”, deyən Baxçalı baş nazirə istehza da edib.

Mirvari Nəcəf








Teqlər:  





Xəbər lenti