“Əgər bu ikili standart deyilsə, onda nədir?” - Emin Hüseynov

“Əgər bu ikili standart deyilsə, onda nədir?” -  Emin Hüseynov
  27 Oktyabr 2020    Oxunub:2672
Ermənistanı hər növ silahla pulsuz təmin etmək olar, lakin Azərbaycan Türkiyə, Nikaraqua, Çexiya, Belarus və digər ölkələrdən bahalı silah ala bilməz?
Azvision.az xəbər verir ki, bunu Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov “Twitter” səhifəsində yazıb.

O qeyd edib: "Rusiyanın Ermənistan ərazisində hərbi bazası ola bilər, amma Türkiyənin F-16-ları Azərbaycanda yerdə ola bilməz? Əgər bu, ikili standart deyilsə, onda nədir?

Pərvanə Sultanova
Azvision.az


Teqlər: EminHüseynov  





Xəbər lenti