“Atam Qubadlıda şəhid olmaq istəyirdi” - Şükür Həmidovun oğlu (VİDEO)

Ş.Həmidovun oğlu Nurlan Həmidov bildirib ki, atası xalqı üçün çalışırdı: “İstəyi o idi ki, Qubadlıda şəhid olsun. Öz istəyinə nail oldu. Arzu edirik ki, bütün torpaqlarımız alınsın və şəhidlərin qanı yerdə qalmasın”.
Qeyd edək ki, Şükür Həmidov Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Prezident İlham Əliyev Ş.Həmidovun doğulduğu və azadlığı uğrunda şəhid olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini bildirib.
Azvision.az
Teqlər: Şəhid Milli-Qəhrəman Şükür-Həmidov