Ermənilərin hədələdiyi niderlandlı deputat: “Məni qorxuda bilməzlər” - (EKSKLÜZİV)

Ermənilərin hədələdiyi niderlandlı deputat:  “Məni qorxuda bilməzlər” - (EKSKLÜZİV)
  29 Oktyabr 2020    Oxunub:25507
“Profilinə erməni bayraqları qoyan və əlində oyuncaq silah tutan şəxslərin təhdidləri məni qorxuda bilməz”.
Bunu Azvision.az -a eksklüziv açıqlamasında Niderland Parlamentinin üzvü Tunahan Kuzu bildirib.

“Mən doğru olanları deyəcəyəm. 1975 və 1986-ci illər arasında aktiv fəaliyyət göstərən erməni terror təşkilatı ASALA tərəfindən türk diplomatlarına hücumlar təşkil edildi. Həmin illərdə terror hücumlarından biri Türkiyə səfiri Özdemir Benlerin 27 yaşlı oğlu Ahmet Benlerə qarşı yönəlmişdi. O, 12 oktyabr 1979-cu ildə Delft Texnik universitetinə gedərkən maşınında vurularaq öldürüldü. Hücumun qorxaq erməni terror təşkilatı ASALA tərəfindən həyata keçirildiyi bildirildi. Ahmet Benleri heç vaxt unutmayacağıq. Ruhu şad olsun”, - deyən niderlanlı deputat Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə ermənilərin ona ünvanladığı təhdidlərdən qorxmadığını, sonadək haqqın tərəfində olacağını vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun erməni təxribatlarına cavab olaraq əks-hücum əməliyyatları aparması və ərazi bütövlüyünü bərpa etməsi bir sıra ölkələrdə dəstəklənir.
Artıq əcnəbi jurnalist və ictimaiyyət nümayəndələri ilə yanaşı, siyasətçilər, deputatlar da birmənalı mövqe sərgiləyərək Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu deyirlər.
Belə deputatlardan biri Niderland Parlamentinin üzvü Tunahan Kuzudur.

Son günlər ermənilər niderlandlı deputatı Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün təhqir və təhdid etməyə başlayıblar. Niderland Parlamentində “Qarabağ Azərbaycanındır”, “Ermənistan ordusu Azərbaycanın işğal etdiyi torpaqları tərk etməlidir” kimi fikirlər səsləndirən Tunahan Kuzuya qarş ermənilər tərəfindən çirkin kampaniya aparılır.

Tural Tağıyev
Azvision.az


Teqlər: TunahanKuzu   erməniterroru   Asala  





Xəbər lenti