Xarici diplomatlar Bərdə və Tərtərə gedir

  29 Oktyabr 2020    Oxunub : 2131
Xarici diplomatlar Bərdə və Tərtərə gedir
Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən hazırladığı hərbi cinayətləri beynəlxalq mediaya və diplomatik korpuslara göstərmək üçün Bərdə və Tərtərə gedirik.

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.
H.Hacıyev qeyd edib ki, Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər: "Diplomatik korpuslara anlayışlarına görə təşəkkür edirik".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: HikmətHacıyev   Tərtər   Bərdə