“Dəmir Günbəz”i azərbaycanlı dostlarımızla bölüşməliyik” - Sabiq səfir

“Dəmir Günbəz”i azərbaycanlı dostlarımızla bölüşməliyik” -  Sabiq səfir
  29 Oktyabr 2020    Oxunub:19277
Biz “Dəmir Günbəz” sistemini azərbaycanlı dostlarımızla bölüşməliyik.

Azvision.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı sabiq səfiri Artur Lenk “Twitter” səhifəsində yazıb. Diplomat ermənilərin Bərdədə törətdiyi qətliamdan bəhs edən "The New-York Times" qəzetinin məqaləsini paylaşaraq qeyd edib:
“Sderot, Aşkelon, Beer Şeva şəhərlərindən olan israillilər bu hekayəni tanıyacaqlar. Döyüş sahəsindəki itkiləri "balanslaşdırmaq" üçün mülki insanlara raketlər atılır. “Dəmir Günbəz” sistemimizi azərbaycanlı dostlarımızla bölüşməliyik".



Pərvanə Sultanova
Azvision.az


Teqlər: İsrail   Dəmir-Gümbəz  





Xəbər lenti