BMT-nin Baş katibi Bərdəyə hücumu pislədi

  29 Oktyabr 2020    Oxunub : 1410
BMT-nin Baş katibi Bərdəyə hücumu pislədi
BMT-nin Baş katibi Antonio Qutereş bir çox insanın ölümünə və yaralanmasına səbəb olan Bərdəyə hücumu qətiyyətlə pisləyir.
Azvision.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik deyib.

“BMT Baş katibinin birmənalı şəkildə dediyi kimi, biz bir çox insanın öldürüldüyü və yaralandığı Bərdə şəhərinə edilən hücum da daxil olmaqla, yaşayış yerlərinə hücumları şiddətlə qınayırıq. Baş katibin dərhal humanitar atəşkəsə əməl edilməsi çağrışını yenidən təkrarlayırıq. Davam edən döyüş əməliyyatları qəbuledilməzdir və dərhal dayandırılmalıdır", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən gün Ermənistanın Bərdə şəhərinə raket hücumu nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın mülki şəxs yaralanıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Bərdə   BMT