Avropa İttifaqı Bərdəyə raket hücumunu qınadı
Qeyd edilib ki, Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə əldə edilən üç atəşkəs razılaşmasından sonra Dağlıq Qarabağda döyüşlərin davam etməsi, mülki şəxslərin hədəfə alınması qəbuledilməzdir.
“Avropa İttifaqı münaqişə tərəflərinə beynəlxalq humanitar hüquqa uyğun olaraq mülki şəxslərin həyatını qorumaqla bağlı öhdəliklərini xatırladır. Tərəfləri 25 oktyabrda Vaşinqtonda razılaşdırıldığı kimi, dərhal Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara başlamağa çağırır”.
Xatırladaq ki, ötən gün Ermənistanın Bərdə şəhərinə raket hücumu nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın mülki şəxs yaralanıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Avropaİttifaqı