Dünya şöhrətli bəstəkar Bakıda konsert verəcək

Dünya şöhrətli bəstəkar Bakıda konsert verəcək
  05 Fevral 2014    Oxunub:1214
Azərbaycan daha bir məşhur sənətçini qəbul edəcək.
AzVision.az Ans Press-ə istinadən xəbər verir ki, Yaponiyanın dünya şöhrətli bəstəkarı, musiqiçi, "Qremmi" və "Qızıl qlobus" mükafatı sahibi Kitaron mart ayının 7-də Bakıda tamaşaçılarının qarşısına çıxacaq. Musiqiçi Heydər Əliyev Mərkəzində ilk solo konsert proqramı ilə çıxış edəcək. Dünya şöhrətli Kitaro Bakıya "Final call" adlı yeni proqramı ilə ölkəmizə qonaq gəlir.

Qeyd edək ki, Kitaronun "Final call" ("Son çağırış") musiqi albomu 2014-cü ildə 56-cı "Qremmi" mükafatının nominantlarından olub. 30 illik musiqi karyerası ərzində milyonların sevimlisinə çevrilən musiqiçi Heydər Əliyev Mərkəzində tamaşaçılara 36 nəfərlik orkestrin müşayiəti ilə möhtəşəm konsert proqramı təqdim edəcək.

Qeyd edək ki, musiqi təhsili olmayan ulduz musiqi aləminin incəliklərini özü öz istəyi ilə öyrənib. Kitaron klavişli alətlərlə yanaşı bir çox alətlərdə möhtəşəm ifa edə bilir. İşləməkdən və daima nələrisə öyrənməkdən yorunmayan sənətçi şəxsi konsertlərinin işıq tərtibatçısı hətta albomlarının aranjimanını da özü edib.

1993-cü ildə "Səma və torpaq" kinofilminə bəstələdiyi musiqiyə görə "Qızıl qlobus" mükafatı alan Kitaro bir neçə dəfə "Qremmi"yə nominant olub. 2001-ci ildə isə bəstəkarın "Thinking of you" albomu "Qremmi" mükafatına layiq görülüb.


Teqlər:





Xəbər lenti