Beynəlxalq Muğam Mərkəzində konsert olacaq

Beynəlxalq Muğam Mərkəzində konsert olacaq
  05 Fevral 2014    Oxunub:1356
Muğam televiziya müsabiqəsi qaliblərinin iştirakı ilə konsert olacaq.
Fevralın 5-də Beynəlxalq Muğam Mərkəzində IV muğam televiziya müsabiqəsinin qaliblərinin iştirakı ilə konsert olacaq.

AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, konsert Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr edilmiş “Gəncliyin səsi” festivalı çərçivəsində reallaşacaq.
Konsertdə Mirpaşa Şükürov, Sərxan Bunyadzadə, Ayşən Mehdiyeva, Xətai Hacıyev, Ramiq Bayramlı, Babək Quliyev, Gülnar Qüdrətli, Zümrüd Məmmədova çıxış edəcək.

İfaçıları Xalq Artisti, tarzən Adil Bağırovun bədii rəhbərliyi ilə Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı müşayiət edəcək.


Teqlər:





Xəbər lenti