Rza Zərraba görə Günelə həbs verildi

Rza Zərraba görə Günelə həbs verildi
  05 Fevral 2014    Oxunub:1370
Müğənni Azəri qızı Günel keçmiş sevgilisi məşhur iş adamı Rza Zərrabı ölümlə təhdid etdiyinə görə həbsi barədə qərar verilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Günel Zeynalova keçmiş sevgilisi Rza Zərrabı başında güllə vuraraq öldürməklə hədələyib.

Məhkəmə Günel barədə 6 aylıq həbs qərarı verib və bir də qanunu pozmayacağı ilə bağlı qənaətə gələn məhkəmə bu əsasla qərarın icarısını təxirə salıb.

Bundan əvvəl Günel Zeynalova Rza Zərrabla telefon danışığını iş adamının icazəsi olmadan açıqladığına görə 9 ay həbs cəzası almışdı. Bu həbsin də icrası təxirə salınmışdı.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti