Norveç tələbələrinin Bakı səfəri başa çatdı - FOTOLAR

  05 Fevral 2014    Oxunub : 631
Norveç tələbələrinin Bakı səfəri başa çatdı - FOTOLAR
30 Yanvar-3 Fevral tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunan “Norveç-Azərbaycan Təhsil Səfəri” layihəsi həyata keçirilib.
Layihə çərçivəsində qonaqlar, Azərbaycan Respublikası Milli Məclisini və Azərbaycan Respublikası Ali Məhkəməsini ziyarət edib, Diplomatik Akademiyada keçirilən təlimə qatılıb, həmçinin Şəhidlər Xiyabanı və Fəxri Xiyabanda olublar.

Milli Məclisdə olarkən qonaqlara Azərbaycan Respublikasının Qanunvericilik sistemi ilə bağlı məlumatlar verilib, Milli Məclisin inzibati binası ilə tanışlıq həyata keçirilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.



Layihənin davam etdiyi 5 gün ərzində qonaqlara Bakının müxtəlif tarixi abidələri barədə məlumatlar verilib, musiqimizlə tanış ediliblər.

Qarşılıqlı xarakter daşıyan “Təhsill Səfəri” layihələrində əsas məqsəd hüquqşünas tələbələri Avropanın müxtəlif dövlətlərinin qanunvericilik, məhkəmə və hüquq təhsili sahəsində biliklərinin artırılmasından ibarətdir. Bundan sonra da bu cür qarşılıqlı səfərləri davam etdirmək planlaşdırılır.



Artıq ELSA Azərbaycan ELSA (The European Law Students’ Association) nümayəndəlikləri arasında özünəməxsus yer tutmaqdadır. Hazırda May ayında həyata keçirilməsi planlaşdırılan “Gənc Hüquqşünasların II Beynəlxalq Bakı Forumu” üçün hazırlıqlara başlanılıb. 2015-ci il ELSA Qış Prezidentlər Toplantısının Azərbaycanda həyata keçirilməsi üçün namizədliyimiz irəli sürülüb.


Teqlər: