İspaniya kralı həyat yoldaşına maaş təyin etdi
Krla I Xuan Karlosun özü isə ildə 140 min avro pul alacaq. Bundan başqa digər təşkilati xərclərə əlavə olaraq 68 min avro maliyyə vəsaiti veriləcək.
Ümumilikdə, 2014-cü ildə İspaniya büdcəsindən kral evinin saxlanmasına 7,7 milyon avro ayrılacaq. Bu keçən ilki vəsaitdən 2% az olacaq. İspaniya qanunlarına görə, kral gəlir və xərcləri barəsində hesabat verməyə məcbur deyil. Amma məlumdur ki, büdcədən ayrılan dotasiyaların böyük əksəriyyəti sarayın xidmət personalının saxlanmasına xərclənir. Təkcə, Sarsuela sarayında 1,5 min nəfər insan çalışır.
Vüqar İsmayılov