Koreyada 60 il ayrı qalan ailələrin görüşü baş tutacaq

Koreyada 60 il ayrı qalan ailələrin görüşü baş tutacaq
  05 Fevral 2014    Oxunub:1232
İki Koreya dövləti 1950-1953-cü müharibəsində ayrı düşən ailələrin görüşünü təşkil edəcək.
AzVision.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, görüşlər fevralın 20-dən 25-ə qədər Şimali Koreya Xalq Respublikasının şərqində turistik bölgə sayılan Kımqansan dağlarında keçiriləcək.

Adətən, belə görüşlər çox emosional olur. Əksər iştirakçılar 70-80 yaşlarında olur və bu görüş onlara yaxın qohumları ilə görüşmək üçün son şans olur.

Bununla belə, iki ölkə vətəndaşlarının birbaşa görüşmələri hələ də qadağa altındadır. Ayrı düşən ailələrin görüşünün təşkil edilməsi son bir neçə ayda iki dövlət arasında əldə olunan ilk razılaşmadı.
2000-ci ildən başlayaraq Cənubi və Şimali Koreya belə ailələrin 20-dən artıq görüşünü təşkil etmişdi. Bu görüşlərdə şəxsən yaxud video-əlaqə vasitəsilə 22 min insan bir-biri ilə ünsiyyət saxlaya bilmişdi.

Şimali Koreya lideri Kim Çen İrin ölümündən sonra hakimiyyətə gələn oğlu Kim Sen In ilk dəfədir ki, ailələrin görüşünə icazə verib. Sonuncu belə görüş 2010-cu ildə baş tutmuşdu.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti