Rusiyada COVID-19 qurbanlarının sayı artdı

Rusiyada COVID-19 qurbanlarının sayı artdı
  01 Noyabr 2020    Oxunub:2582
Rusiyada son sutka ərzində koronavirusa 18 665 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 1 636 781 nəfərə çatıb.

Rusiyada son sutkada 245 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 28 235 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Azvision.az


Teqlər: Rusiya   virus  



Xəbər lenti