Düşmən Qarabağda Əsəd rejiminin taktikasını tətbiq edir
Ötən gün Müdafiə Nazirliyinin də yaydığı məlumata görə, işğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub.
Qeyd edək ki, ağ fosfor bombasını əsasən Ermənistanın müttəfiqi olan terrorçu Əsəd rejimi qüvvələri İdlib vilayətinin atəşkəs zonasını bombardman edərkən, habelə Şərqi Qutada istifadə edib.
Xatırladaq ki, ağ fosfordan silah kimi istifadə olunması beynəlxalq hüquqla qadağandır. Nəfəs yolu ilə orqanizmi zəhərləyən fosfor yanma reaksiyası ilə daha çox beyin ilə ağciyərlərdə xəsarət yaradaraq ağır yaralanma və ölümə səbəb olur. (Ordu.az)
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


