Məsud Yılmaz son mənzilə yola salındı

Məsud Yılmaz son mənzilə yola salındı
  01 Noyabr 2020    Oxunub:3698
Türkiyənin görkəmli siyasi xadimi Məsud Yılmaz ilə İstanbulda vida mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, Mərmərə Universitetinin İlahiyyat fakültəsinin məscidində cənazə mərasimi təşkil olunub.

Türkiyənin dövlət və hökumət nümayəndələrinin, siyasi partiya rəhbərlərinin, mərhumun doğmalarının və yaxınlarının iştirak etdiyi vida mərasimində Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Xatırladaq ki, Məsud Yılmaz oktyabrın 30-da müalicə olunduğu xəstəxanada 73 yaşında vəfat edib.

Azvision.az


Teqlər: MəsudYılmaz  



Xəbər lenti