Xaricdəki ermənilər Qarabağa döyüşməyə gəlir

   Xaricdəki ermənilər Qarabağa döyüşməyə gəlir
  02 Noyabr 2020    Oxunub:5605
Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, xarici ölkələrdəki erməni diasporunun üzvləri Dağlıq Qarabağdakı müharibdə iştirak etmək üçün geri qayıdır.
Azvision.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, ABŞ və Argentinadan yüzlərlə şəxs artıq hərbi hazırlıq keçmək üçün Ermənistana dönüb.

Məlumata əsasən, 140 min erməninin yaşadığı Livandan gələnlər də az deyil. Təlim düşəgrələrindən yalnız birində 10-a yaxın Livan ermənisi hazırlıq keçib.

Livan parlamentinin deputatı, “Daşnaksutyun”un Livandakı lideri Akop Pakradunyan deyib ki, 20-yə yaxın erməni öz istəyi ilə Ermənistana gedib və onların döyüşüb-döyüşmədiyi hələ bilinmir.

Qeyd edək ki, ermənilərin yaşadığı Ancar şəhərindən müharibəyə gələn muzdlulardan biri – opera müğənnisi Kevork Xacyanan məhv edilib.

Azvision.az


Teqlər: Qarabağ   Erməni   Döyüş  





Xəbər lenti