Xarici jurnalistlər Putini qalib etdilər

Xarici jurnalistlər Putini qalib etdilər
  05 Fevral 2014    Oxunub:929
Dünyanın aparıcı xəbər agentliklərinin keçirdiyi sorğuda Rusiya prezidenti Vladimir Putin 2013-cü ilin siyasətçisi adını qazanıb. Bu barədə sorğunu keçirən İTAR-TASS agentliyinin baş direktoru Sergey Mixaylov məlumat verib.

Bundan başqa ilin alimi olaraq Fizika üzrə Nobel mükafatı laureatı Piter Hiqqs seçilib. İlin mədəniyyət xadimi adını isə Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, kanadalı yazıçı Elis Monro qazanıb.

Xatırladaq ki, sorğu dünyanın 84 ölkəsindən olan 265 informasiya agentliyi rəhbərinə göndərilmişdi. Onlardan yalnız 175 nəfəri sorğuya cavab veriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti