“Ermənistan birinci Qarabağ müharibəsində də terrorçulardan istifdə edib” - Hərbi ekspert

 “Ermənistan birinci Qarabağ müharibəsində də terrorçulardan istifdə edib” -  Hərbi ekspert
  02 Noyabr 2020    Oxunub:3400
"Ermənistan silahlı qüvvələri tərəfindən döyüşlərdə terrorçulardan istifadə olunması və onların bu əraziyə cəlb edilməsi ilk dəfə deyil. İstər birinci Qarabağ müharibəsində, istərsə də 28 illik atəşkəs dövründə davamlı olaraq terrorçulardan istifdə ediblər".
Bunu Azvision.az -a açıqlamasında hərbi ekspert Ruslan İmanquliyev deyib. Onun sözlərinə görə, düşmən hər zaman bizdən işğal etdiyi əraziləri terrorçular üçün məskən və təlim mərkəzi kimi istifadə edib.

"Bununla bağlı dəfələrlə yazılıb. Ermənistan tərəfi işğal altında saxladığı əraziləri davamlı olaraq nəzarətsiz məkan kimi terrorizm məskəni olaraq istifadə edib. Həmin ərazilər işğaldan azad ediləndən sonra görürürk ki, ciddi hazırlıqları olub. 30 illik hazırlıqları, istehkamları, fortifikasiya qurğuları, müdafiə rayonlarında olan yeraltı tunellər və s. Həmçinin, ərazidə gözlədiyimizdən daha çox silah və texnika olub. Bunların hər birini zərərsizləşdirmişik. Bu gün istər canlı, istərsə də texnoloji və hərbi hazırlıq baxımından geri qalan düşmən güc nisbəti baxımından zəifliyini hansısa formada qapatmağa çalışır. Bunun üçün də onların hərbi və siyasi rəhbərliyi bir sıra bəyanatlar verib, bütün dünyadakı erməniləri çağırır.

Əslində bu ermənilərin çağırışı yox, bütün dünyadakı terroristlərin çağırışıdır. Aldıqları kənar yardımlarla şirnikləşdirərək pulla bölgəyə terroristlər yığmağa çalışırlar. Həmin terroristlərlə Azərbaycan Ordusunun əldə etdiyi zəfərlərin qarşısını almağa cəhd edirlər. Təbii ki, bu addımları ilə də Ordumuzun qarşısını ala bilməyəcəklər. Azərbaycan Ordusu Ali Baş Komandanın əmr etdiyi kimi bütün torpaqlarımızı son qarışına qədər azad edəcək. Bununla yanaşı hər bir şəhidimizin, düşmənin xain hücumu nəticəsində həyatını itirən mülki vətəndaşlarımızın, yandırılan meşələrin, dağıdılan hər bir qəbir daşının qisası onlardan alınacaq".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Hərbi-ekspert   Ruslan-İmanquliyev  





Xəbər lenti