ABŞ ordusunda fırıldaqçılıq qalmaqalı
HDQ-də təhqiqatın başlanması barədə xəbər bir neçə ay ərzində Amerika ordusu sıralarında növbəti qalmaqaldır. Son qalmaqallardan biri qitələrarası nüvə raketlərinə xidmət edən təqribən 100 zabit barəsindədir. Onların adları imtahanlarda köçürmə ilə bağlı hallanır.
HDQ məktəbinin məşqlər keçirən iki atom reaktoru vardır. Hazırlığa ehtiyatda olan dənizçilərdən ibarət təlimatçılar rəhbərlik edirlər. Təlimatçı işləmək hüququ qazanmaq üçün HDQ qulluqçusu müntəzəm olaraq xüsusi ixtisas testindən keçməlidir.
HDQ araşdırmasında söhbət məhz bu imtahanlardan gedir. HDQ nümayəndələrinin məlumatına görə, bəzi təlimatçılar cavabları öz həmkarlarına veriblər.
İnformasiya evdə işlədilən komyuterlərdən göndərilmişdir ki, bu da təhlükəsizlik normalarının pozulması deməkdir, çünki ABŞ-ın nüvə proqramı barədə məlumatlar məxfidir.
Təlimatçılar pozuntular barədə rəhbərliyə məlumat verən bir dənizçi sayəsində ifşa ediliblər.
Fırıldaqçılıqda şübhəli bilinən təlimatçılar müvəqqəti olaraq xidmətdən kənarlaşdırılıblar. HDQ komandanlığı onlara qarşı hansı cəza tədbirinin görüləcəyini hələlik dəqiqləşdirməyib, lakin agentlik hesab edir ki, imtahanlarda köçürmə ABŞ Silahlı Qüvvələrində ciddi pozuntu hesab olunur və xidmətdən uzaqlaşdırmayadək müxtəlif inzibati tədbirlərlə cəzalandırıla bilər.
Teqlər: