Ərdoğan Putinlə görüşəcək

Ərdoğan Putinlə görüşəcək
  06 Fevral 2014    Oxunub:923
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan XXII Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün fevralın 7-də Rusiya Federasiyasına səfər edəcək.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Baş nazirin Mətbuat Mərkəzinin açıqlamasına görə, R.T.Ərdoğan Rusiyanın Soçi şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasiminə qatılacaq.

Türkiyə Baş nazirinin səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə, həmçinin Olimpiya Oyunlarının açılış mərasiminə qatılacaq bir sıra ölkələrin liderləri ilə görüşəcəyi gözlənilir.


Teqlər:





Xəbər lenti