ABŞ İslamabadın xahişini yerə salmadı
AzVision.az xəbər verir ki, Bu barədə məlumatı ABŞ Administrasiyasına istinadla “Washinqton Post” qəzeti yayıb.
“Pakistanlılar məhz bunu xahiş edirdilər, biz də onlara rədd cavabı vermədik”, deyən administrasiya nümayəndəsi eyni zamanda vurğulayıb ki, ABŞ imkan daxilində əvvəlki kimi pilotsuz təyyarələrin köməyi ilə “Əl Qaidə” terrorçu şəbəkəsinin yüksək vəzifəli liderlərinə qarşı əməliyyat aparacaq.
Pakistan taliblərinin lideri Həkimulla Məsud 2013-cü ilin noyabrında pilotsuz təyyarənin köməyi ilə məhv edilib. O vaxt Pakistanın hakimiyyət orqanları bildirmişdilər ki, ABŞ ölkə hökuməti ilə taliblər arasında başlanmış dialoqu “sabotaj” edib.
Pakistan Baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Sərtac Əziz daha sonra bildirmişdi ki, hökumət nümayəndələrindən ibarət komanda Məsudun həlak olduğu günün sabahısı taliblərlə danışıqlara başlamağa hazırlaşırdı. Lakin Məsudun həlak olması Pakistanda hiddət və etiraz dalğası doğurdu, danışıqlar prosesi isə dayandı.
İslamabad TTP ilə dialoqa başlamaq cəhdlərini davam etdirir. Pakistanın Baş naziri Nəvaz Şərif ötən həftə taliblərlə dialoq üzrə komitənin yaradıldığını elan edib.
Taliblərin nümayəndələri ilə birinci görüş fevralın 4-də keçirilməli idi, lakin təxirə salındı.
Amerika pilotsuz təyyarələrinin Pakistanın şimal-qərb rayonlarına hücumları nəticəsində təkcə terrorçular deyil, həm də dinc sakinlər həlak olurlar. Pakistanlıların amerikalılara pis münasibətinin başlıca səbəblərindən biri olan belə əməliyyatlar Pakistan ilə ABŞ-ın münasibətlərində gərginlik yaradır.
Teqlər: