Düşmənin Tonaşendəki hərbi infrastrukturu dağıdıldı - VİDEO

   Düşmənin Tonaşendəki hərbi infrastrukturu dağıdıldı -    VİDEO
  05 Noyabr 2020    Oxunub:5825
Cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin hərbi infrastrukturuna ciddi ziyan vurulub.
Bu barədə Azvision.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Düşmənə endirilən artilleriya zərbələri ilə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dağıdılıb.



Azvision.az


Teqlər: Düşmən   Məhv  





Xəbər lenti