Obama rola girəcək

Obama rola girəcək
  21 Mart 2013    Oxunub:1215
Amerika prezidenti Barak Obama “Yaraşıqlılar” filmində epizodik rolda çəkilə bilər.
Bu barədə amerikalı aktyor Edrien Qrinyer bildirib.

Belə ki, ötən il Qrinyer özünün mikrobloqunda Barak Obama ilə birgə Ağ evdə çəkdirdiyi şəkilini yerləşdirib. Bu şəkilin altında isə “Mən “Yaraşıqlılar” filmini çəkəcəm, orada da ABŞ prezidenti Barak Obama epizodik rolda çəkiləcək. O, artıq razılıq verib”, şərhi yazılmışdı.

Qeyd edək ki, “Yaraşıqlılar” filmi 2004-2011-ci illərdə ABŞ televiziyalarında efirə gedən populyar serialın ssenarisi ilə yazılıb. Filmin rejissoru və ssenaristi isə serialın yaradıcısı Duq Ellin olacaq.

Xatırladaq ki, 2009-cu ildə Obama etiraf edib ki, “Yaraşıqlılar” filmi onun ən çox sevdiyi seriallardan biridir.(ans)


Teqlər:





Xəbər lenti