“28 ildən sonra öz evimizə gedəcəyik” - Şuşalı Xalq artisti
Bunu Azvision.az -a Şuşadan olan Xalq artisti Firəngiz Mütəllimova deyib. Doğma yurdu işğaldan azad edilən aktrisa sevinc təəssüratlarını bölüşüb.
İlk dəfədir hamı sevinir ki, müharibədir. Ali Baş Komandan bizə elə bir sevinc bəxş edir ki, onu sözlə ifadə etmək mümkün deyil. Şuşadakı evimizi tez-tez yuxuda görürük. Artıq öz evimizə gedə biləcəyik”.
Xalq artisti Şuşada keçirdiyi uşaqlıq illərini xatırlayıb: “Çox gözəl məhəlləmiz var idi. Adına Ağacbulaq və ya Merdinli deyirdilər. Bütün uşaqlar saat 3-4-dən sonra küçəyə yığışıb oynayardıq. Qayğısız uşaqlıq illəri idi. Qışda isə qarda sürüşürdük. Valideynlərimiz bizi Cıdır düzünə gəzməyə aparırdılar. Gül-çiçəyin ətrini hələ də xatırlayıram. Məhəlləmizdə böyük bir ağacın altında bulaq var idi. Bulağı xanqızı Natavan çəkdirmişdi. İşğaldan bir il qabaq ağac aşıb yerə düşdü, sonra da qurudu. Sanki gedəcəyimizə işarə verirdi. Ermənilər həyatımızı, sağlamlığımızı əlimizdən aldılar. Əzizlərimizin canına qıydılar. Ancaq hər şey geridə qaldı. İndi ”dağlarda toy” onların özlərinə tutulur. Bundan sonra xoşbəxtlik, şadlanmaq zamanı bizimdir".
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Aktirsa FirəngizMütəllimova Şuşa