İndoneziyanın keçmiş səfirindən Azərbaycana dəstək - VİDEO

  İndoneziyanın keçmiş səfirindən Azərbaycana dəstək -   VİDEO
  06 Noyabr 2020    Oxunub:2355
İndoneziyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri olmuş (2016-2020-ci il) professor Husnan Bey Fananie ölkəmizlə bağlı videoçarx hazırlayıb.
Azvision.az xəbər verir ki, keçmiş səfir “YouTube” kanalında özünün və İndoneziya xalqının Azərbaycanın haqlı mövqeyini və Dağlıq Qarabağın Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunaraq yenidən ölkəmizə qaytarılmasını dəstəklədiklərini bildirib. Husnan Bey Fananie hazırkı uğurlarımızın şərəfinə pianoda Azərbaycan musiqisini ifa edib.



Tural Tağıyev
Azvision.az


Teqlər: İndoneziya   dəstək   Qarabağ  





Xəbər lenti