Ermənistanda yenidən qan qıtlığı yarandı

 Ermənistanda yenidən qan qıtlığı yarandı
  06 Noyabr 2020    Oxunub:2069
Ermənistanda yenidən ciddi qan çatışmazlığı problemi yaşanır.
Azvision.az xəbər verir ki, hazırda Ermənistanda çoxsaylı yaralı hərbçilərin müalicəsi üçün qan tapılmır. Buna görə Hematoloji mərkəz vətəndaşları təcili qan verməyə çağırıb.

Məlumatda deyilir ki, qan bankının xüsusilə III və IV qrup qana ehtiyacı var.

Xatırladaq ki, döyüş əməliyyatları başlayandan bəri dəfələrlə Ermənistanda qan çatışmazlığı probleminin yaranması ilə bağlı elanlar verilib. Bu, bir tərəfdən işğalçı ölkənin yaralı hərbçilərinin sayının çoxluğunu, digər tərəfdən isə bütün sahələrdə resursların çatışmadığını göstərir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Qan  





Xəbər lenti