Sarkisyanla Ovannisyan arasında silah qalmaqalı

 Sarkisyanla Ovannisyan arasında silah qalmaqalı
  06 Noyabr 2020    Oxunub:2958
Ermənistanın müharibədə aldığı ağır zərbələr ölkə daxilində vəziyyəti gərginləşdirməkdədir. Artıq bəzi siyasətçilər baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Cəbhədəki məğlubiyyət davam etdikcə, sabiqlərlə indiki hakimiyyət arasında ciddi mübahisələr baş verir. Belə qalmaqallardan biri də Ermənistanın müdafiə nazirliyinin nümayəndəsi Artsrun Ovannisyanla sabiq prezident Serj Sarkisyan arasında yaşanır.
Azvision.az xəbər verir ki, Ovannisyanın 10 ilə nisbətən son iki ildə Ermənistan ordusunun daha çox innovativ texnoloji silah almasına dair açıqlaması növbəti gərginliyin əsasını qoyub.

Bu açıqlamaya cavab olaraq Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın ofisindən bildirilib ki, ya Ovannisyan rəqəmlərlə tanış deyil, ya da bilərəkdən həqiqəti təhrif edir. Ofisdən o da deyilib ki, müharibə bitdikdən sonra məsələyə ətraflı münasibət bildiriləcək.

Qeyd edək ki, Ovannisyan Serj Sarkisyanın dövründə 2012-ci ildə müdafiə nazirliyinin mətbuat katibi vəzifəsinə təyin edilib. Bu günlərdə erməni mətbuatı Paşinyanın həyat yoldaşı Anna Akopyanın istəyi ilə onun müdafiə nazirinin müavini vəzifəsinə təyin ediləcəyini yazıb. Görünür, Ovannisyanın Sarkisyan əleyhinə bəyanatları həm də buna hesablanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ArtsrunOvannisyan  





Xəbər lenti