"Sonsuz Dəhliz" filmi "Amazon Prime"da yerləşdirilib

"Sonsuz Dəhliz" filmi "Amazon Prime"da yerləşdirilib
  06 Noyabr 2020    Oxunub:4636
"Amazon Prime" Dağlıq Qarabağ münaqişəsindən bəhs edən, mükafat qazanan yeganə uzunmetrajlı "Sonsuz Dəhliz" sənədli filmini tamaşaçılarına təqdim edib.
Azvision.az -ın məlumatına görə, sənədli filmin platformaya daxil edilməsi, bu təsirli hekayənin kinematoqrafiyasına, həmçinin bu gün bölgədə döyüşlərin davam etdiyi vaxtda qlobal tamaşaçı üçün əhəmiyyətinə dəlalət edir. Sənədli filmin bu qədər geniş izləyici auditoriyasına çatmasını təmin etmək bir çoxlarına Dağlıq Qarabağ münaqişəsinin tarixini və insan dəyərlərini daha yaxşı anlamağa imkan verəcək.

Qeyd edək ki, Xocalı soyqırımından bəhs edən "Sonsuz dəhliz" sənədli filmində hadisələr faciə şahidlərinin litvalı jurnalist Riçard Lapaitislə söhbəti ilə təqdim olunur. Filmin çəkilişləri 5 il davam edib. “Sonsuz dəhliz" filmi 2015-ci ildə Tenerife Beynəlxalq Film Festivalında "Ən Yaxşı Sənədli film", rejisdor Aleksandras Brokas isə “Ən Yaxşı Sənədli Film Rejissoru” mükafatlarını, eyni il Accolade Humanitar Mükafatlarında "Ən yaxşı Uğur" mükafatını alıb.

Azvision.az


Teqlər: Film  





Xəbər lenti