DMX-nin Çağrı mərkəzinə 6 mindən çox zəng daxil olub

DMX-nin Çağrı mərkəzinə 6 mindən çox zəng daxil olub
  06 Noyabr 2020    Oxunub:2005
Dövlət Miqrasiya Xidmətinin (DMX) 919 - Çağrı mərkəzinə bu ilin oktyabr ayında 6855 zəng daxil olub. Onlardan 5975-i Azərbaycan dilində, 744-ü rus dilində, 136-sı isə ingilis dilində cavablandırılıb.
DMX-dən Azvision.az -a verilən məlumata görə, qəbul edilən zənglərin 2243-ü müvəqqəti yaşama icazəsi, 970-i müvəqqəti olma müddətinin uzadılması, 587-si vətəndaşlıq məsələləri, 474-ü daimi yaşama icazəsi, 392-si iş icazəsi, 120-si olduğu yer üzrə qeydiyyat, 2069-u isə digər məsələlərlə bağlı olub.

Azvision.az


Teqlər: DMX   Çağrı   Mərkəz  





Xəbər lenti