Donbas “könüllüləri” Qarabağda döyüşdən imtina etdi

Donbas “könüllüləri” Qarabağda döyüşdən imtina etdi
  06 Noyabr 2020    Oxunub:2351
Ukraynanın işğal olunmuş Donbas vilayətindəki silahlı qruplar Ermənistanın çağırışlarına baxmayaraq, Dağlıq Qarabağda Azərbaycana qarşı döyüşməkdən imtina ediblər.
Azvision.az xəbər verir ki, bu barədə “Donbas könüllüləri birliyi”nin rəhbəri Aleksandr Boroday bildirib. Onun sözlərinə görə, hazırda harasa getməyə hazırlaşmırlar.

O, bu qərarın səbəbini Ermənistanda "dost olmayan qərbyönümlü hökumətin" mövcudluğu ilə əlaqələndirib.

Ermənilər bunun ardınca Aleksandr Boroday sərt tənqiq edərək, bu köməyi Nikol Paşinyana görə deyil, erməni xalqı üçün etməli olduğunu yazıblar.

Qeyd edək ki, bu faktı işğalçı Ermənistanın terrorçuları, separatçıları və muzdluları Qarabağdakı döyüşlərə cəlb etməsinin daha bir sübutudur. Amma bu dəfə Donbas yaraqlılarından rədd cavabı aldılar.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qarabağ   Donbas  





Xəbər lenti