Kliçko yenidən Kiyevin meri seçildi

Kliçko yenidən Kiyevin meri seçildi
  07 Noyabr 2020    Oxunub:1828
Vitali Kliçko yenidən Kiyev şəhərinin meri seçilib.
Azvision.az xəbər verir ki, bu barədə Kiyev şəhər ərazi seçki komissiyası məlumat yayıb.

Bildirilib ki, protokolların nəticələrinə əsasən, seçicilərin 365 min 161 min nəfəri Kliçkonun lehinə səs verib. Nəticədə Kliçko qalib gəlib.

Qeyd edək ki, Ukraynada mer 5 illik müddətə seçilir. Seçkilərdə namizədlərdən biri 50 faizdən çox səs toplayarsa, həmin şəxs mer seçilmiş sayılır.

Azvision.az


Teqlər: Kliçko   Kiyev  





Xəbər lenti