“Hakimiyyət müxalifətlə danışıqlara hazırdır” - Qaxariya

   “Hakimiyyət müxalifətlə danışıqlara hazırdır” -    Qaxariya
  07 Noyabr 2020    Oxunub:2807
Gürcüstan hakimiyyəti parlament seçkilərinin nəticələrini tanımayan müxalifətlə danışıqlara hazırdır.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxariya bildirib.

Baş Nazir seçkilərdə nöqsanların olduğunu istisna etməyib. O bildirib ki, nöqsanlar lazımi qaydada araşdırılmalı və müvafiq hüquqi qiymətlər verilməlidir.

Qeyd edək ki, oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçirilib. Seçkidə mandat qazanan 8 müxalifət partiyası qanunverici orqanda təmsilçilikdən imtina edib. Müxalifət liderləri və tərəfdarları səsvermənin nəticələrinə etiraz olaraq aksiyalar keçirir.

Azvision.az



Teqlər: Gürcüstan   Qaxariya  





Xəbər lenti