ABŞ-da koronavirusa rekord yoluxma qeydə alındı

ABŞ-da koronavirusa rekord yoluxma qeydə alındı
  07 Noyabr 2020    Oxunub:1562
ABŞ-da yeni növ koronavirus infeksiyasına yoluxanların sayı kəskin artıb.
Azvision.az xəbər verir ki, ölkə üzrə son sutka ərzində 121 888 nəfər COVID-19 virusuna yoluxub.

Cons Hopkins Universitetinin yaydığı məlumata görə, bu göstərici ABŞ-da pandemiya dövründə qeydə alınan yeni rekorddur.

Qeyd edək ki, Birləşmiş Ştatlarda indiyədək azı 10 milyon nəfərdə infeksiya aşkarlanıb, 241 min pasiyent həyatını itirib. Xəstəlikdən sağalanların sayı 6,3 milyon nəfərdir.

Azvision.az


Teqlər: ABŞ   Koronavirus   Pandemiya  





Xəbər lenti