ABŞ-dan Öcalanın müraciətinə münasibət

ABŞ-dan Öcalanın müraciətinə münasibət
  22 Mart 2013    Oxunub:1711
Türkiyədəki kürd separatçılarının lideri, ömürlük məhbus Abdulla Öcalan martın 21-də müraciət yayıb. Barış və Demokratiya Partiyası təmsilçilərinin Diyarbəkirdə keçirilən Novruz şənliyində oxuduğu müraciətdə Abdulla Öcalan kürdləri silahı yerə qoymağa çağırıb.
Öcalanın bu müraciətinə ABŞ münasibət bildirib. AzVision.az-ın verdiyi məlumata görə, ABŞ-ın Xarici İşlər Nazirliyinin sözcüsü Viktoriya Nuland bu haqda danışıb. O, bildirib ki, 30 ildən artıq davam edən şiddət sona çatmalıdır.

“Hər iki tərəfin də münaqişəni həll etmək üçün atdıqları addımlar alqışlanmalıdır. ABŞ bu prosesdə Türkiyəyə dəstək verməyə davam edəcək”-deyə, V.Nuland əlavə edib



Teqlər:  





Xəbər lenti