4 gəmiçimiz Gürcüstanda saxlanıldı

4 gəmiçimiz Gürcüstanda saxlanıldı
  22 Mart 2013    Oxunub:1354
Gürcüstanda saxlanılmış Azərbaycan dənizçilərinin adları məlum olub
Çərşənbə günü Gürcüstan sərhədçiləri tərəfindən saxlanmış "Aydar" gəmisinin ekipaj üzvlərinin ikisi Rusiya, üçü - Ukrayna, dördü isə Azərbaycan vətəndaşlarıdır. Bu barədə Gürcüstan Sərhəd Polisinin (GSP) nümayəndəsi məlumat verib.
Saxlanılan Azərbaycan dənizçilərinin adları:

1. Mahir Səfərov, kapitanın baş köməkçisi
2. Bəylər Hüseynov, böyük mexanik
3. Rüfət Cəlilov, ikinci mexanik
4. Elşad Mahmudov, elektrik
GSP nümayəndəsinin sözlərinə görə, dənizçilər Gürcüstanın "İşğal edilmiş ərazilər haqqında" qanunun pozulmasında ittiham edilir və Potidə saxlanılırlar.

Tanınmamış Abxaziya respublikasının dəniz gəmiçiliyinin direktoru Zaur Ardzinbanın verdiyi məlumata görə, balıq unu və piyi daşımış gəmi neytral sularda saxlanılıb və Gürcüstanın Poti limanına aparılıb


Teqlər:





Xəbər lenti