ABŞ-dan Soçiyə terror xəbərdarlığı

ABŞ-dan Soçiyə terror xəbərdarlığı
  06 Fevral 2014    Oxunub:990
Xüsusi xidmət orqanları aviaşirkətlərə diş pastası vasitəsilə terror aktlarının baş verə biləcəyini bildirib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Amerika Daxili Təhlükəsizlik Nazirliyi Rusiyaya və Rusiyadan sərnişin daşıyan aviaşirkətlərə xəbərdarlıq edib.

Əsas təhlükənin təyyarə göyərtələrində diş pastasında gizlədilən partlayıcı elementlər vasitəsilə terror aktlarının törədilməsi göstərilir.

Amerikalıların məlumatına görə, sərnişin baqajlarında və əl çantalarında olan diş pastalarındakı partlayıcı elementlər təyyarənin göyərtəsində partlayış törətmək üçün qısa zamanda istifadəyə hazır vəziyyətə gətirilə bilər.

Amerika Daxili Təhlükəsizlik Nazirliyinin nümayəndələri bildiriblər ki, qurum daim öz xarici müttəfiqləri ilə məlumat mübadiləsi aparır. Soçidəki Qış Olimpiya Oyunları kimi beynəlxalq tədbirlər zamanı hazırlıq səviyyəsi daha da artırılır.
Xatırladaq ki, dekabrın 29-da və 30-da Volqoqrad şəhərində baş verən iki partlayış nəticəsində 34 nəfər həlak olmuş, 50-dən artıq insan xəsarət almışdı.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti