Amerika hərbi gəmiləri Qara dənizə daxil olub

Amerika hərbi gəmiləri Qara dənizə daxil olub
  06 Fevral 2014    Oxunub:1640
Amerika Hərbi Dəniz Qüvvələrinin “Maunt Uitni” və “Teylor” adlı ikim hərbi gəmisi fevralın 5-də Qara dəniz akvatoriyasına yaxınlaşıb.
Bu xəbəri Pentaqon nümayəndələri və Rusiya Hərbi Dəniz Qüvvələrinin baş qərargahından təsdiqləyiblər.

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi, kontr-admiral Con Kirbinin sözlərinə görə, gəmilər xarici ölkələrin limanlarına daxil olacaq və təlimlər keçirəcək. Rusiya tərəfinin məlumatına görə, Amerika gəmilərinin Rusiya tərəfinin ərazi sularına daxil olması planlaşdırılmayıb.

Bir neçə gün öncə, rus KİV-ləri Pentaqondakı mənbələrə istinadən xəbər vermişdilər ki, Amerika hərbi gəmiləri “Maunt Uitni” və “Remec” göyərtələrindəki 600 dəniz piyadası ilə birlikdə Rusiya sahillərinə irəliləyir.
Yanvarda isə Pentaqon nümayəndələri Olimpiya Oyunlarında təhlükəsizliyin təmin olunmasında yardım etməyə hazır olduqlarını bildirmişdi. Qeyd olunurdu ki, gəmilər Oyunların keçirildiyi müddətdə hər hansı fövqəladə hadisə zamanı Rusiya tərəfinə yardım etməyə hazır olacaq.

Qara dənizlə bağlı imzalanmış beynəlxalq müqaviləyə əsasən bu dənizə çıxışı olmayan ölkələr Bosfor və Dardanel boğazlarından keçdikdən sonra yalnız 21 gün Qara dəniz akvatoriyasında qala bilər.
Xatırladaq ki, Qış Olimpiadası fevralın 7-dən 23-ə qədər keçiriləcək.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti