Notariuslar artıq sənəd tələb etməyəcəklər

Notariuslar artıq sənəd tələb etməyəcəklər
  22 Mart 2013    Oxunub:1592
Qeydiyyat orqanlarında müvafiq ödənişlərin aparılması üçün köşklər quraşdırılacaq.
Paytaxtın notariat kontorlarında quraşdırılmış elektron xidmət köşkləri vasitəsilə notariat hərəkətləri, o cümlədən dövlət rüsumları və haqlar barədə geniş məlumatların verilməsi ilə yanaşı, müvafiq ödənişlər də həyata keçirilir. Belə köşklərin yaxın zamanlarda digər qeydiyyat orqanlarında da quraşdırılması nəzərdə tutulub. Bu barədə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov məlumat verib.

İdarə rəisi bildirmişdir ki, notariusların artıq sənəd tələb etməməsi üçün məlumat köşkləri quraşdırılıb.Bu sahədəki müəyyən çatışmazlıqları aradan qaldırmaq üçün tədbirlər mütəmadi olaraq davam etdirilir.


Teqlər:  





Xəbər lenti