Ukrayna müxalifəti yeni konstitusiya hazırlayır
Bu barədə müxalifət liderlərindən Arseniy Yaçenyuk məlumat verib.
“Bizim mövqeyimiz əvvəlki olaraq qalır: yeni konstitusiya proyekti hazırdır. Ölkə yenidən parlament-prezident respublikasına çevrilməlidir. Bizim təkliflərimiz Ukrayna xalqının tələblərinə və Venesiya komissiyasının kriteriyalarına tam uyğun gəlir”-deyə müxalifət nümayəndəsi məlumat verib.
Hazırda Kiyevdə bununla bağlı bir neçə minlik etirazçı kütləsi Ukrayna Ali Radasına doğru irəliləyir. Onlar parlamentdən 2004-cü ilə qədərəki konstitutsiyaya qayıtmağı tələb edirlər.
Öz növbəsində Ali Rada sədri Vladimir Rıbak ölkənin əsas qanununa dəyişikliklə bağlı hər hansı təklifin daxil olmadığı bildirib.
Vüqar İsmayılov