Ermənilər Azərbaycanın 2645 abidəsini məhv edib

Ermənilər Azərbaycanın 2645 abidəsini məhv edib
  11 Noyabr 2020    Oxunub:3048
Noyabrın 11-də Azərbaycanın Ermənistan tərəfindən dağıdılan və təhqir olunan dini, tarixi və mədəni abidələrinə dair hesabat təqdim edilib.
Azvision.az xəbər verir ki, hesabat “Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” Ictimai Birliyi və “Din və Demokratiya Mərkəzi” Ictimai Birliyi tərəfindən hazırlanıb.

Hesabatla bağlı məlumat verən “Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” Ictimai Birliyinin sədri Faiq İsmayılov və “Din və Demokratiya Mərkəzi” Ictimai Birliyinin sədri Vasif Sadıqlı bildiriblər ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinə öz mülkiyyət hüququnu tətbiq etməsi, faktiki olaraq Azərbaycanın öz mədəni dəyərləri üzərindəki hüququndan zorakı surətdə təcrid edir. Bu, müharibə cinayətidir. Dağlıq Qarabağ və ona bitişik ətraf ərazilərin qədim erməni torpaqları olması barədə Ermənistanın qeyri-qanuni iddiasının məqsədi Azərbaycanın işğal edilmiş 20 faiz ərazisinə sahib olmaq istəyinə haqq qazandırmaqdır. Məhz buna görə də Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərində müxtəlif əsrlərə aid daşınmaz tarix və mədəniyyət abidələrinin, digər kateqoriyadan olan daşınar mədəni irs nümunələrinin dağıdılaraq yox edilməsi və mənimsənilməsi kimi qeyri-qanuni fəaliyyət həyata keçirir. Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasət nəticəsində 10 mindən çox yer adı, daşınmaz tarix və mədəniyyət abidəsinin adları və yüzlərlə toponim dəyişdirilərək, erməni adları ilə əvəz edilib. Ermənistan işğal altında saxladığı ərazilərində azərbaycanlıların yaşadıqları kənd və şəhərlər xarabalığa çevrilib, çoxlu sayda erməni kilsələri inşa edilib. Eləcə də Azərbaycanın işğal edilmiş bütün ərazilərində yüzlərlə erməni xaç nişanı quraşdırılıb, tanınmış erməni terrorçularının xatirəsinə memorial komplekslər tikilib. Ermənistanın hərbi təcavüzü nəticəsində 2645 tarix və mədəniyyət abidəsi, o cümlədən 1814 memarlıq, 747 arxeoloji, 64 bağ-park, monumental və xatirə abidəsi, 23 muzey, 102 757 muzey eksponatı, 4 dövlət rəsm qalereyası, 376 rəsm əsəri, 4,6 milyon kitab, 13 arxiv, 260 min arxivləşdirilmiş sənəd, 50 mindən çox vətəndaşın şəxsi kolleksiyasına aid, tarixi əhəmiyyətli ov və məişət əşyaları (xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyaları və s.) dağıdılıb, məhv edilib və ya mənimsənilib.

Ermənilər işğal altında saxladıqları ərazilərdən qarət etdikləri daşınar tarix və mədəniyyət abidələrini mənimsəyərək onların bir qismini dünyanın müxtəlif ölkələrində satışa çıxarıb, bir qismi nüfuzlu şəxslərə hədiyyə edib, digər hissəsi isə İrəvan şəhərinin müxtəlif müəsisələrində saxlayırlar.

Azvision.az


Teqlər: Abidə   Təcavüz  





Xəbər lenti