Lüksemburq Azərbaycanla oyuna görə dron uçuşlarını qadağan etdi
Lüksemburq və Azərbaycan milli komandaları arasında oyun vaxtı “Jose-Bartel” stadionu üzərində PUA-ların istifadəsinin qadağan edilməsində məqsəd Azərbaycan milli komandasına qarşı təxribatların qarşısını almaqdır.
Xatırladaq ki, ötən ilin oktyabrında Avropa Liqasının qrup mərhələsi zamanı "Dyudelanj" və "Qarabağ" (1: 4) matçı Azərbaycan klubuna qarşı təxribat səbəbi ilə yarımçıq qalmışdı. Belə ki, matçda Jose- Bartel" stadionunda üzərində tanınmamış "DQR"nin bayrağı olan dron peyda olmuşdu. Bundan sonra oyun təxminən bir saat dayandırıldı, ardınca Lüksemburq tərəfi Azərbaycandan rəsmi üzr istədi.
Lüksemburq və Azərbaycan milli komandaları arasında oyun 17 noyabrda keçiriləcək.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Lüksemburq







Vaxtında, Aydın, Lazımlı!


