Məşhur erməni aktyor öldü

Məşhur erməni aktyor öldü
  14 Noyabr 2020    Oxunub:3556
Erməni əsilli Rusiya aktyoru Armen Ciqarxanyan ölüb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Ciqarxanyan müayinə üçün xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Armen Ciqarxanyan 3 oktyabr 1935-ci ildə İrəvanda anadan olub. Ermənistan SSR-in iki dəfə dövlət mükafatı laureatı olub. O, Moskva Dram Teatrının qurucularından biri və bədii rəhbəri idi.

Ciqarxanyan SSRİ-nin ən çox filmə çəkilən aktyorlarından olub, 250-dən çox filmdə rol alıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ArmenCiqarxanyan  





Xəbər lenti