Suriyada yüzlərlə məhbus azadlığa buraxıldı

Suriyada yüzlərlə məhbus azadlığa buraxıldı
  07 Fevral 2014    Oxunub:1212
Hələbdəki mərkəzi həbsxanada 3 min nəfərin cəza çəkdiyi bildirilirdi.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, fevralın 6-da Suriya müxalifəti ölkənin şimalındakı əsas şəhər olan Hələbdə geniş hücum əməliyyatı həyata keçirib.

Nəticədə Hələb mərkəzi həbsxanası hökumət qoşunlarından azad olunub. Əməliyyatı 2 qruplaşma: mötədil “İslam cəbhəsi” və radikal “Əl-Nüsrə Cəbhəsi” birlikdə həyata keçiriblər.

İlk olaraq kamikadzenin idarə etdiyi bomba yüklü maşın həbsxana qapıları qarşısında partlayış törədib. Ardınca, içəri daxil olan müxalifətçilər yüzlərlə məhbusu, o cümlədən əvvəllər hökumət qoşunları ilə döyüşlərdə əsir götürülmüş tərəfdarlarını da azad ediblər.
Rəsmi Dəməşq isə strateji obyektin itirilməsi ilə bağlı yayılan xəbərləri şərh etmir.

Xatırladaq ki, 20011-ci ilin martından Suriyada baş qaldıran vətəndaş müharibəsi 130 min insanın ölümünə səbəb olub.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti