Meksikada növbəti kütləvi qətl

Meksikada növbəti kütləvi qətl
  07 Fevral 2014    Oxunub:1129
Meksikanın Miçoakan ştatında ən azı 20 nəfərin cəsədi olan məzarlıq aşkarlanıb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Miçoakan ştatında narkokartellər arasında qanlı müharibə davam edir.

Yerli sakinlərin aşkarladığı məzarlıqda “Cəngavərlər” narkokartelinin qətlə yetirdiyi insanların cəsədləri aşkarlanıb. Polisin ehtimalına görə, quldurlar aksiyalarının uğursuzluqla nəticələnməsinə cavab olaraq yerli sakinlərdən qisas alıblar. Ştatın bir neçə bölgəsində yerli sakinlər özünümüdafiə dəstələrində birləşərək narkokartellərin özbaşınalığına qarşı çıxıblar.

Xatırladaq ki, 2006-cı ildən başlayaraq Meksika hökuməti ölkədə narkomaniyaya qarşı müharibə elan edib. Bu günə qədər toqquşmalarda 50 mindən artıq insan həlak olub.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti