“Qarabağ – mədəniyyətimizin beşiyi”: Mirəli türbəsi

“Qarabağ – mədəniyyətimizin beşiyi”:    Mirəli türbəsi
  16 Noyabr 2020    Oxunub:2730
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.
Azvision.az xəbər verir ki, layihə çərçivəsində növbəti material Mirəli türbəsinə həsr olunub.

Mirəli türbəsi Füzuli rayonunun Aşağı Veysəlli kəndində təpə üzərində ucalan qülləvarı türbədir.

Türbə inşaat texnikasına görə, Elxanilər dövründə XIV əsrdə tikildiyi hesab edilir.

Qeyd edək ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.

Azvision.az


Teqlər: Mirəlitürbəsi  





Xəbər lenti